Tavuşdan son görüntülər: nələr baş verir? – VİDEO

Ermənistanın Tavuş vilayətinin Kirants kəndində demarkasiya işləri yekunlaşmaq üzrədir. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Haykakan Jamanak” məlumat yayıb.

Ermənistan sərhədçilərinin demarkasiya edilmiş ərazidə sərhəd xəttini nəzarətə götürdüyü bildirilir.

Prosesin tam yekunlaşması üçün kəndə girişin bağlandığı və kənar şəxslərin girişinə icazə verilmədiyi qeyd edilir.

Məlumata görə, “Vətən üçün Tavuş” hərəkatının rəhbəri, yepiskop Baqrat Qalstanyan kəndə daxil olmağa çalışsa da, buna icazə verilməyib.

Ayşən Mustafa
Globalinfo.az