Faciəyə səbəb ola biləcək döyüş sursatı ilə ehtiyatsız davranma halını əks etdirən görüntülərlə bağlı araşdırma aparılır.
Globalinfo.az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında DİN-in Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev deyib.
“Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”, – Nurlan Əliyev bildirib.
Qeyd edək ki, sosial şəbəkələrdə bir neçə şəxsin qumbaraatan mərmisini müxtəlif alətlərlə hissələrə ayırmasını əks etdirən video yayılıb.














