Tanınmış ukraynalı avtoritet Bakıda saxlanıldı – FOTO

Tanınmış ukraynalı avtoritet Bakıda saxlanıldı - FOTO

Tanınmış ukraynalı kriminal avtoritet Oleq Krapivin (Oleq Bakinski) Bakıda həbs edilib.

Globalinfo.az Report-a istinadən xəbər verir ki, Oleq Krapivin bir neçə gün əvvəl Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları tərəfindən Bakıda həbs edilib.

Tanınmış ukraynalı avtoritet Bakıda saxlanıldı - FOTO

İdarənin təqdimatı əsasında Nərimanov Məhkəməsi tərəfindən onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.