Reanimasiyaya yerləşdirilən aparıcının son durumu açıqlandı

Reanimasiyaya yerləşdirilən aparıcının son durumu açıqlandı

“Pasiyent Onkologiya Mərkəzinə ağır vəziyyətdə gətirilib. Hazırda həkimlər tərəfindən müayinə edilir”.

Bunu Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli Oxu.Az-ın məşhur teleaparıcı Natavan Babayevanın durumu ilə əlaqədar sorğusuna cavab olaraq deyib.

O bildirib ki, N.Babayeva müalicəni Türkiyədə alırmış:

“Ağır vəziyyətdə müəssisəyə qəbul edilib. Həkimlərimiz əllərindən gələni edirlər. Pasiyent üçün nə lazımdırsa, hamısı ediləcək”.

***

Azərbaycan Dövlət Televiziyasının (AzTv) aparıcısı Natəvan Babayeva reanimasiyaya yerləşdirilib.

Globalinfo.az Gununsesi.info-ya istinadən xəbər verir ki, bir neçə ildir onkoloji xəstəliklə mübarizə aparan tanınmış jurnalistin müalicə üçün Türkiyəyə gedərkən Bakıda hava limanında halı pisləşib.

Ailəsi onu “Liv Bona Dea Hospital”a yerləşdirib.

Xatırladaq ki, Natəvan Babayeva AzTV-dən öncə uzun illər ANS televiziyasının aparıcısı olub.