Əməkdar artist xəstəxanaya yerləşdirildi

Əməkdar artist xəstəxanaya yerləşdirildi

Əməkdar artist teatr və kino aktyoru, rejissor Sərvər Əliyev Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.

Globalinfo.az bildirir ki, bu barədə APA-ya sənətçinin özü məlumat verilib.

Onun sözlərinə görə, açıq ürək əməliyyatına qərar verilib.

“Bir neçə gündür, özümü pis hiss edirəm. Anju edilmişəm. Bir neçə günə açıq ürək əməliyyatı olunacağam. Gözləyirik”, – o əlavə edib.