Əfqanıstanın “Taliban” hökumətinin Tehrandakı müvəqqəti işlər vəkili sentyabrın 20-də İran Xarici İşlər Nazirliyinə çağırılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “İSNA məlumat yayıb.
Məsələyə səbəbin Əfqanıstan nümayəndəsinin konfransda İranın dövlət himni ifa edilən zaman ayağa qalxmaması olduğu açıqlanıb.
XİN-də “Taliban” nümayəndəsinə bu addımın qəbulediləz olduğu bildirilib:
“Qonağın ev sahibi ölkənin rəmzlərinə, dövlət himninə hörmət etməsi zəruridir. Bu, beynəlxalq aləmdə qəbul edilmiş qaydadır”.
Müvəqqəti işlər vəkili ölkəsinin İran İslam Respublikasına xüsusi ehtiramını vurğulayıb və Əfqanıstan nümayəndəsinin hərəkətlərinin şəxsi xarakter daşıdığını, heç bir halda ölkəsinin fikirlərini əks etdirmədiyini deyib. O, İranın narazılığının Kabilə çatdırılacağını qeyd edib.













