Taleh Qaraşov şəhidlərin ildönümü mərasimində iştirak etdi – FOTOLAR

Taleh Qaraşov şəhidlərin ildönümü mərasimində iştirak etdi - FOTOLAR

Taleh Qaraşov şəhid  Aqil Əkbərov,  Vüqar Heydərov,  Mirmusa Hüseynzadə və Məhəmməd Hüseynovun ildönümü mərasimində iştirak edib.

Globalinfo.az bildirir ki, sentyabrın 20-da Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, icra hakimiyyəti aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyətin nümayəndələri ötən ilin sentyabrında lokal xarakterli antiterror əməliyyatı nəticəsində şəhid olan lənkəranlı hərbiçilərimiz  Əkbərov Aqil Fayyəddin oğlu, Heydərov Vüqar Rəfail oğlu, Hüseynzadə Mirmusa Vüqar oğlu və Hüseynov Məhəmməd Şəfahət oğlunun ildönümü mərasimində iştirak ediblər.

Şəhidlərimizin Xolmili, Boladi, Viyən kənd və İstisu qəsəbə qəbiristanlığındakı məzarları ziyarət olunub, ruhlarına dualar oxunub. İcra başçı şəhidlərin ailə üzvləri ilə söhbət edib, qayğı və problemləri ilə maraqlanıb, dövlətin hər zaman onların yanlarında olduğunu bir daha vurğulayıb.

Şəhid yaxınları da öz növbəsində göstərilən həssas yanaşma və diqqətə görə təşəkkür edib, dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya şəhid ailələrinə göstərilən qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Allah rəhmət eləsin!

Taleh Qaraşov şəhidlərin ildönümü mərasimində iştirak etdi - FOTOLAR Taleh Qaraşov şəhidlərin ildönümü mərasimində iştirak etdi - FOTOLAR
Taleh Qaraşov şəhidlərin ildönümü mərasimində iştirak etdi - FOTOLAR Taleh Qaraşov şəhidlərin ildönümü mərasimində iştirak etdi - FOTOLAR Taleh Qaraşov şəhidlərin ildönümü mərasimində iştirak etdi - FOTOLAR Taleh Qaraşov şəhidlərin ildönümü mərasimində iştirak etdi - FOTOLAR Taleh Qaraşov şəhidlərin ildönümü mərasimində iştirak etdi - FOTOLAR Taleh Qaraşov şəhidlərin ildönümü mərasimində iştirak etdi - FOTOLAR