Azərbaycan Mərkəzi Bankında (AMB) yeni təyinat olub.
Globalinfo.az bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, Mərkəzi Bankın sədri Taleh Kazımovun qərarı ilə Ceyhun Qurban oğlu Səməndov yeni binanın tikintisi şöbəsinin rəisi seçilib.
Qeyd edək ki, Mərkəri Bankın adıçəkilən şöbəsi 2022-ci ildə yaradılıb.














