Szinpin Putinlə görüşdü

Szinpin Putinlə görüşdü

Çin lideri Si Szinpin Kazanda Vladimir Putinlə görüş keçirib.

Globalinfo.az xəbər verir ki, görüş BRİKS sammiti çərçivəsində baş tutub.

Szinpin Çin-Rusiya münasibətlərinə daim diqqət yetirdiyini, onları şəxsi nəzarətində saxladığını bildirib.

“BRİKS daha geniş inkişaf etməkdə olan dünya və bazarlara malik ölkələrin konsolidasiyası üçün ən mühüm əməkdaşlıq platformalarından biridir. Birləşmə bərabər, nizamlı çoxqütblülüyün və hamı üçün əlçatan olan inklüziv iqtisadi qloballaşmanın formalaşmasında sistem yaradan amil kimi çıxış edir. Biz Rusiyanın sədrliyi ilə görülən  nəhəng işi yüksək qiymətləndiririk. Assosiasiya çərçivəsində strateji qarşılıqlı fəaliyyət və praktiki əməkdaşlıq Qlobal Cənub ölkələri üçün əlavə imkanlar açır və bəşəriyyət üçün ortaq taleyi olan icmanın qurulmasına daha böyük töhfə verir”, – deyə Si Szinpin vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az