Suriyada yeni kabinet formalaşdırılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Əhməd əş-Şaara “Qasr əş-Şaab” sarayında keçirilən təntənəli mərasimdə çıxışı zamanı bildirib.
Suriya Prezidenti yeni hökumətin formalaşdırıldığını elan edib və onu quruculuq və dəyişiklik hökuməti adlandırıb.
“Ölkəmiz daha yaxşı gələcəyə doğru yeni tarixi mərhələyə qədəm qoyur. Biz quruculuq və dəyişiklik hökumətinin formalaşdığını elan edirik. Bu hökumət yenidənqurma işlərinə başlayacaq və islahatlar həyata keçirəcək”, – deyə əş-Şaara vurğulayıb.
***
23:51 (29 mart)
Suriyanın yeni keçid hökumətinə 22 nazir daxil olacaq.
Globalinfo.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Hökumətin tərkibini yaxın saatlarda respublikanın müvəqqəti prezidenti Əhməd əş-Şaara açıqlayacaq. Məlumata görə, daxili işlər, xarici işlər və müdafiə nazirləri əvvəlki kabinetdə olduğu kimi postlarında qalacaqlar.
Keçid hökumətinə rəhbərliyi birbaşa əş-Şaara edəcək. 13 martda qəbul edilmiş konstitusiya bəyannaməsinə əsasən, bütün icraedici hakimiyyət səlahiyyətləri onun əlində cəmlənib.
Aysel Əliyeva
Globalinfo.az














