Suriyada türklərə qarşı şiddət: Ordu göndərildi – VİDEO

Suriyada qızmış kütlə türk əsgərlərə qarşı zorakılıq nümayiş etdirib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, təxribatçıların Afrində Türkiyənin hərbi bazasını mühasirəyə aldığı, bir sıra yerlərdə isə atışmaların olduğu bildirilir. Digər tərəfdən Əsədə bağlı qüvvələrin də fəallaşdığı haqqında məlumatlar var.

Həmçinin sərhəd-keçid məntəqəsində Türkiyəyə keçmək istəyən türklərə qarşı vəhşi hərəkətlər edilib.

Türkiyəni dəstəkləməyə gələn kütlənin isə yolda qarşısının kəsildiyi qeyd olunub. Orduya dəstək məqsədilə Suriyaya əlavə qüvvələr cəlb edilib.

Xatırladaq ki, hazırda Türkiyədə milyonlarla suriyalı qaçqın var və indiyədək onların şəraitinin yaxşılaşdırılması üçün on milyardlarla dollar xərc çəkilib.

Əvəzində isə Kayseridə suriyalı miqrant 6 yaşlı uşağa təcavüz edib. Buna cavab olaraq Kayseridə əhali ayağa qalxıb, qabaqlarına çıxan suriyalıları döyüb, onların ölkədən rədd olmasını tələb edirlər.