Sumqayıtda zəncirvari qəza: yaralananlar var

Sumqayıtda zəncirvari qəza baş verib, xəsarət alanlar var.

Globalinfo.az APA-ya  istinadən xəbər verir ki, hadisə Səməd Vurğun küçəsində qeydə alınıb.

Məlumata görə, “Kia”, “Mersedes” və “Vesta” markalı avtomobillər toqquşub. Nəticədə 2 qadın xəsarət alıb.

Xəsarət alanlar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.

Hadisənin başvermə səbəbi araşdırılır.