Sumqayıtda faciə: üzərinə şüşə düşdü, 12 yaşlı qız vəfat etdi

Sumqayıtda faciə: üzərinə şüşə düşdü, 12 yaşlı qız vəfat etdi

Sumqayıtda evdə tək olan 12 yaşlı uşağın üzərinə şüşə düşüb, uşaq qanaxmadan ölüb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə 1-ci mikrorayonda qeydə alınıb.

2012-ci il təvəllüdlü Zəhra Zaur qızı İbrahimova azyaşlı bacısı ilə evdə tək olub. Ehtiyatsızlıqdan qapının şüşəsi üzərinə düşən qız qanaxmadan ölüb.

Faktla bağlı araşdırma aparılır.