Sumqayıtda yağ sexindəki yanğın söndürüldü – YENİLƏNİB

Sumqayıtda yağ sexindəki yanğın söndürüldü - YENİLƏNİB

Sumqayıtda yağ sexində yanğın söndürülüb.

Globalinfo.az Report-a istinadən xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri və texnikası cəlb olunub və yanğın söndürülüb.

Yanğının təxminən 200 kvadrat metr ərazini əhatə etdiyi bildirilir. Hadisə zamanı xəsarət alan olmayıb.

01:18

***01:40

Sumqayıtda sexdə güclü yanğın başlayıb.

Globalinfo.az Report-a istinadən xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri və texnikası cəlb olunub.

Yanğının təxminən 400 kvadrat metr ərazini əhatə etdiyi bildirilir.