Sumqayıt məktəblisi Beynəlxalq olimpiadanın qalibi oldu

Sumqayıt şəhər, İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin 4d sinif şagirdi Cəbrayılova Banu Mübariz qızı Dubayda 18 ölkə arasında keçirilən FİSO Beynəlxalq Riyaziyyat olimpiadasında öz kateqoriyası üzrə ən yüksək nəticəni göstərərək “Diamond” mükafatına layiq görülüb.

Onu da qeyd edək ki, bu Amerikanın təşkil etdiyi olimpiadadır.Ən çox qızıl medal qazanan da Azərbaycandan olub.

Bu münasibətlə 1 nömrəli tam orta məktəbin direktoru Kəmalə Hüseynovanı, məktəbin müəllim kollektivini, qalibin valideynlərini, özünü təbrik edirik!