Sumqayıt, Binəqədi və Abşeronun sərhədləri müəyyənləşdiriləcək

Sumqayıt, Binəqədi və Abşeronun sərhədləri müəyyənləşdiriləcək

Sumqayıt şəhərinin, Binəqədi və Abşeron rayonlarının sərhədləri müəyyənləşdiriləcək.

Globalinfo.az bildirir ki, bununla bağlı “Bakı şəhəri Binəqədi rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun sərhədlərinin müəyyənləşdirilməsi haqqında” qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Layihəyə oktyabrın 3-də parlamentin Regional məsələlər komitəsinin iclasında baxılacaq.