ABŞ Prezidenti Donald Tramp Vatikanda keçirilən görüş zamanı Ukrayna Prezidenti Volodimir Zelenskiyə sülh planının detallarını açıqlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.
Məlumata görə, Trampın sülh planında Krımı Rusiya ərazisi kimi tanıma ehtimalı var, lakin o, bu addımı Ukraynadan gözləmir.
Mənbənin bildirdiyinə görə, Zelenski görüş zamanı Kiyevin bu məsələdəki prinsipial mövqeyini bir daha təsdiqləyib: Ukrayna Krımı Rusiya nəzarətində olan ərazi kimi tanımaq niyyətində deyil.
Zelenski həmçinin vurğulayıb ki, müharibənin bitməsi naminə müəyyən güzəştlərə getməkdən çəkinmir, lakin bunun üçün Ukrayna güclü və etibarlı təhlükəsizlik təminatları almaq istəyir.
Aysel Əliyeva
Globalinfo.az














