Süleymaninin məzarı yanında güclü partlayış: ölənlərin sayı artır – VİDEO

Süleymaninin məzarı yanında güclü partlayış: ölənlərin sayı artır - VİDEO

Kirman vilayətində baş verən hücumda ölənlərin dəqiq sayı 95 nəfərdir.

Globalinfo.az xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyi məlumat yayıb.

Ölənlərin sayının çox olmasının səbəbi bəzi şəxslərin adlarının səhvən iki dəfə qeydə alınması olub.

***

İranın Kirman vilayətində baş verən partlayışlar nəticəsində ölənlərin sayı 211 nəfərə çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə İranın yerli saytları səhiyyə rəsmilərinə istinadən məlumat yayıb.

***

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qüds Qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin Kermandakı məqbərəsinə aparan küçədə baş verən partlayış zamanı ölənlərin sayı 103-ə çatıb.

Globalinfo.az xəbər verir ki, bubarədə “RİA Novosti” xəbər yayıb.

Fars Agentliyinin yaydığı məlumata əsasən isə yaralı sayı 188 nəfər olub.

Qeyd edilib ki, yaralıları daşımaq üçün Kermana təyyarə göndərilir.

***

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qüds Qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin Kermandakı məqbərəsinə aparan küçədə baş verən partlayış zamanı ölənlərin sayı 81 nəfərə çatıb. 

Globalinfo.az xəbər verir ki,  bu barədə İran KİV-ləri məlumat yayıb.

***

İranın Kirman şəhərində baş verən partlayışlar nəticəsində ölənlərin sayı 73-ə çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Yaralıların sayının 170-ə çatdığı bildirilir.

***

Sepah-ın Qüds qolunun keçmiş komandanı general Qasim Süleymaninin öldürülməsinin ildönümü mərasimində baş verən partlayışda ölənlərin sayı 50-yə çatıb.

Globalinfo.az  xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Hazırda ölü və yaralıların hadisə yerindən təxliyə edildiyi bildirilir.

***

İranın Kirman şəhərində İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qüds Qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin dəfn olunduğu qəbiristanlığa gedən yolda partlayış baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

Partlayış Qasım Süleymaninin ABŞ-ın pilotsuz təyyarəsinin zərbəsi nəticəsində öldürülməsinin dördüncü ildönümünün qeyd edilməsi zamanı baş verib.

İlkin məlumata görə, 20 nəfər ölüb, 15 nəfər yaralanıb.