
Böyük Britaniyanın Baş naziri Kir Starmerə məxsus evlərin yanması ilə bağlı araşdırma davam edir.
Globalinfo.az xəbər verir ki, bu barədə “Financial Times”in məqaləsində qeyd olunur.
Nəşr yazır ki, polis istintaq çərçivəsində bunun təxribat olması ehtimalını araşdırır. Evlərin yandırılmasının arxasında Rusiyanın ola biləcəyi ehtimalı var.
Hazırda bu ehtimalın daha güclü olduğu və Moskvadan verilən tapşırıqla təxribatın törədilə biləcəyi güman edilir.
Qeyd edək ki, sözügedən mülklərdə baş naziri şəxsən yaşamadığı, icarəyə verdiyi açıqlanıb. Məlumata görə, zərərçəkən yoxdur.
Əliyar Xəlil
Globalinfo.az