Şoyqunun keçmiş müşaviri ordudan qovuldu

Şoyqunun keçmiş müşaviri ordudan qovuldu

Rusiyanın keçmiş müdafiə naziri Sergey Şoyqunun müşaviri olmuş Andrey İlnitski Müdafiə Nazirliyindən qovulub.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

İlnitski Müdafiə Nazirliyi rəhbərinin informasiya siyasəti üzrə müşaviri idi. O, 2015-ci ildən bu vəzifəni icra edirdi.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin iyunun 17-də müdafiə nazirinin 4 müavininin vəzifələrindən azad edilməsi haqqında fərman imzalayıb. Nikolay Pankov, Ruslan Tsalikov, Tatyana Şevtsova və Pavel Popov öz vəzifələrini tərk ediblər.