“Ermənistan 1990-cı illərdə Rusiyanın dəstəyi sayəsində suverenliyini qoruyub və enerji blokadasından çıxıb”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu deyib.
Onun sözlərinə görə, Rusiya hazırda Ermənistana təbii qaz və benzini bazar qiymətindən üç dəfə ucuz satır.
Şoyqu eyni zamanda bildirib ki, son dövrlərdə İrəvanın bəzi addımları Moskva ilə müttəfiqlik münasibətlərinə uyğun gəlmir. Belə ki, Ermənistan beynəlxalq platformalarda tez-tez Avropa İttifaqının mövqeyini dəstəkləyir, həmçinin Rusiya ilə münasibətləri gərgin olan ölkələrlə təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirir və birgə hərbi təlimlər keçirir.
Əliyar Xəlil