Son dəqiqə! Xankəndi ilə bağlı gündəmi silkələyəcək xəbərlər gəldi – VİDEO

Son dəqiqə! Xankəndi ilə bağlı gündəmi silkələyəcək xəbərlər gəldi - VİDEO

***
14:33

Qarabağ erməniləri ilə kontakt üçün parlament xəttinin seçilməsi diplomatik baxımdan doğru gedişdir.

Globalinfo.az xəbər verir ki, bu məlumatı “Caliber” yayıb.

Sayt Ramin Məmmədovun vasitəsilə baş tutan kontaktın konstruktiv olduğunu bildirib.

“Caliber” öz mənbələrinə istinadən tərəflərin növbəti görüş yeri ilə bağlı sensasion məlumat yayıb. Belə ki, tərəflərin növbəti dəfə Bərdə, Ağdam, Gəncə və Bakıda görüşəcəkləri bildirilib.

Müvafiq olaraq bundan sonrakı kontaktlarda həmçinin Rusiya sülhməramlılarının da iştirakı nəzərdə tutulmur. Çünki Bakı mövcud kontakta öz vətəndaşları ilə əlaqə kimi baxır və heç bir xarici aktora bunun üçün ehtiyac duymur.

“Caliber” həmçinin Laçın yolunda etirazların davam edəcəyini, çünki etirazçıların öz tələblərinin olduğunu yazıb.

İlkin Həsənov
Globalinfo.az