
Martın 22-də Ağdərə rayonu ərazisindəki qanunsuz erməni silahlı birləşmələrinin postunda güclü yanğın baş verib.
Globalinfo.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
“Caliber” yazır ki, yanğın nəticəsində qanunsuz erməni silahlıları arasında xəsarət alanlar var.
Postdakı sığınacaq, döyüş sursatları və digər hərbi texnika tamamilə yanıb.














