Rusiya və ABŞ müdafiə nazirləri son bir ayda ikinci dəfə telefon danışığı aparıblar.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Rusiyanın müdafiə naziri Andrey Belousov amerikalı həmkarı Lloyd Ostinlə təhlükəsizlik təhdidlərinin qarşısının alınması və mümkün eskalasiya riskinin azaldılması məsələsini müzakirə ediblər.
Telefon danışığının Rusiya tərəfinin təşəbbüsü ilə baş tutduğu qeyd edilir.
Söhbət zamanı kommunikasiya xətlərinin açıq saxlanmasının vacibliyi vurğulanıb.
Xatırladaq ki, iki ölkənin hərbi rəhbərləri arasında əvvəlki telefon danışığı iyunun sonunda baş tutub.
Müşviq Tofiqoğlu
Globalinfo.az














