“Son üç gündə bəzi yerlərdə havanın temperaturu mənfi 15 dərəcəyə enib, bəzi rayonlarda isə son 30 ilin ən aşağı temperaturu qeydə alınıb”.
Globalinfo.az xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşə təsərrüfatı naziri İbrahim Yumaqlı bildirib.
O, əlverişsiz hava şəraitinin kənd təsərrüfatına xeyli ziyan vurduğunu qeyd edib.
“Hava şəraitinin kəskinləşməsi, yağış, dolu, qar kənd təsərrüfatına böyük zərər vurub. Bu halı 11 il öncə də yaşamışdıq. Təəssüf ki, biz 2014-cü ildən sonra ilk dəfə kənd təsərrüfatı məhsullarının ən güclü donvurma hadisələrindən birini yaşadıq. Bütün istehsalçılarımıza və fermerlərimizə tezliklə bərpaolunmanı arzulayıram”.
O, son günlər istehsalçılara yardımlar edildiyini və bundan sonra da köməkliklərin olacağını deyib.













