Şok iddia: Azərbaycan və Ermənistan arasında sülh sazişi ilin sonuna kimi imzalana bilər!

Şok iddia: Azərbaycan və Ermənistan arasında sülh sazişi ilin sonuna kimi imzalana bilər!

 

Ermənistan və Gürcüstan mediasında rəsmi Bakı ilə İrəvan arasında sülh sazişinin ilin sonuna kimi Tbilisidə imzalana biləcəyinə dair iddialar səsləndirilib. Ən diqqətçəkən iddia isə budur ki, sənədin imzalanmasından bir neçə saat sonra Azərbaycan ilk olaraq Xocalıya girəcək.

Maraqlıdır, indiki məqamda bu iddia nə dərəcədə doğrudur? Azərbaycan və Ermənistan arasında sülh sazişi ilin sonuna kimi imzalana bilərmi?

Mövzu ilə bağlı Globalinfo.az-a açıqlama verən beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli deyib ki, hazırda Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına yönəlik prinsipial qarşıdurma yaradacaq səbəb qalmayıb:

Əziz Əlibəyli: "Bizim sorğular önəmli rol oynayır"

“Xüsusilə qeyd edim ki, erməni tərəfinin son atımlıq barıtı Xankəndi şəhərində həyata keçirilən “mitinq” idi. Əlbəttə ki, bu mitinqdə böyük uğursuzluq ilə başa çatdı.

Bu gün mitinqdə iştirak edən 30 min nəfər eyni anda həm Rusiya sülhməramlılarının rəhbəri Volkovdan, həm də Ruben Vardanyandan soruşur ki, xərc çəkib, iştirak etdikləri mitinqin nə əhəmiyyəti oldu?

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putin ilə görüşdə açıq şəkildə dedi ki, “münaqişə artıq bitib”. Ümumiyyətlə bu gün Putin üçün nə Qarabağ, nə də ermənilər maraqlı deyil. Putini düşündürən əsas məqam Qarabağ deyil, Ukrayna savaşıdır. Hazırda sülh müqaviləsinin imzalanmasında Qərb də çox ciddi səy göstərir. Qərb vasitəsilə bu müqavilə imzalana bilər”.

Ə.Əlibəylinin sözlərinə görə, Azərbaycan və Ermənistan arasında sülh sazişinin ilin sonuna kimi Tbilisidə imzalana biləcəyinə dair iddiaların əsas mənbəyi Ermənistan Baş naziri Nikol Paşinyanın xanımına məxsus olan “Hraparak” qəzetidir:

“Bu mənada sülh sazişinin imzalanmasına dair addımların reallaşmasını gözləyə bilərik. Azərbaycan faktiki olaraq antiterror əməliyyatları ilə Qarabağın bütün strateji nöqtələrini nəzarətə götürüb. Yəni sülh müqaviləsinin imzalanması üçün heç bir maneə yoxdur”.

Turan Rzayev, Globalinfo.az