ŞOK ANLAR! Bir qrup azərbaycanlı Ermənistan parlamentini qarışdırdı – VİDEO / YENİLƏNDİ

ŞOK ANLAR! Bir qrup azərbaycanlı Ermənistan parlamentini qarışdırdı - VİDEO / YENİLƏNDİ

15:35

Ermənistan parlamentində Laçın dəhlizi ilə bağlı təşkil edilən dinləmələr zamanı hakim partiyanın deputatı Qurgen Arsenyanın çıxışından sonra ara qarışıb.

Globalinfo.az xəbər verir ki, o, hökuməti tənqid edən müxalifət nümayəndələrinə qarşı sərt ifadələr işlədib.

Q.Arsenyan “Sən kimsən ki, bizi tənqid edirsən?” dedikdən sonra müxalifət nümayəndələri onun üstünə qışqırmağa başlayıblar.

Müharibədə həlak olan hərbçilərin valideynləri və “Ermənistan” blokunun nümayəndələri Arsenyana hücum edib qışqırıblar.

Mərkəzi Komitənin keçmiş üzvü Kim Balayan Arsenyana “Quqo, ayıbdır… axmaq” deyib.

Nəhayət, Arsenyan müxalifətin təzyiqi altında çıxışını bitirib və zalı tərk edib.

Qeyd edək ki, dekabrın 12-dən bir qrup ekofəal Azərbaycanın sülhməramlıların nəzarətində olan ərazisində törədilən ekoloji terrora cavab olaraq Xankəndi-Laçın yolunda dinc aksiya keçirir. Ekofəalların bu aksiyası artıq iki aya yaxındır Ermənistan siyasi mühitində ciddi dalğalanma yaradıb.

***

Video əlavə olunub:

Aqşin Evrən
Globalinfo.az