Şmıqal Ukraynanın Müdafiə naziri olacaq – Zelenski

Şmıqal Ukraynanın Müdafiə naziri olacaq - Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski Baş nazir Denis Şmıqalın Müdafiə naziri vəzifəsinə təyin ediləcəyini açıqlayıb.

Galobalinfo.az xəbər verir ki, bu barədə dövlət başçısı özünün teleqram kanalında məlumat verib.

Hazırda Ukrayna Müdafiə Nazirliyinə Rüstəm Umerov rəhbərlik edir. Onun hansı vəzifəyə keçəcəyi hələlik açıqlanmayıb.

Xatırladaq ki, Zelenski daha əvvəl Şmıqalın yerinə baş nazir vəzifəsinə birinci müavin Yuliya Sviridenkonun namizədliyini irəli sürməyi təklif etmişdi.

Tahir Turan
Globalinfo.az