Sizi Ermənistanda gözləyirik – Qalstanyan onlara çağırış etdi

Keşiş Baqrat Qalstanyan diaspor ermənilərinə müraciət edib.

Globalinfo.az xəbər verir ki, arxiyepiskop onlara göstərdikləri dəstəyə görə təşəkkür edib və etirazlarda fəal iştiraka səsləyib.

“Qələbəyə nail olmaq üçün hər kəsin səy göstərməsi vacibdir. Biz diaspor nümayəndələrini Ermənistanda gözləyirik” – Qalstanyan vurğulayıb.

Qeyd edək ki, erməni diasporunun nümayəndələri 11 ölkədə Baqrat Qalstanyana dəstək aksiyaları keçirməyi planlaşdırır.

Müşviq Tofiqoğlu
Globalinfo.az