Ermənistan parlamentinin spikeri Alen Simonyanın Gümrüdə baş nazir Nikol Paşinyan və hakim partiyanın üzvlərinin qatıldığı tədbirdə geyindiyi ayaqqabı müzakirələrə səbəb olub.
Globalinfo.az xəbər verir ki, Simonyanın ayaqqabısının məşhur “Zegna” firmasının 110o dollar dəyərindəki məhsulu olduğu bildirilib.
Hətta onun başqa bir cüt ayaqqabısının da dəyərinin 1600 avro olduğu vurğulanıb. Spiker bütün iddialara münasibət bildirərək bunları “yalan” adlandırıb və qəsdən ortaya atıldığını bildirib.
“30 ildir ölkəni bütünlükdə qarət edən, yeyintiyə yol verən adamlar mənim ayaqqabımı sorğulamağa qərar veriblər. İndi də 1100 dollar dəyərində ayaqqabı geyindiyimi deyirlər. Mənim nə o qiymətə, nə də 1600 avroya ayaqqabım var. Hər kəsin 1400 dollara aldığı Ayfon ilə 1100 dollarlıq ayaqqabını tənqid etməsi gülməlidir.
Mən ayaqqabılarımı əsasən xarici və İrəvandakı bir neçə mağazadan alıram. Paytaxtda yerləşən hər iki mağazadan birində fotolardakı ayaqqabıları endirimli şəkildə tapa bilərsiniz”.
Qeyd edək ki, bundan öncə də baş nazir Nikol Paşinyanın hökumətin iclasında taxdığı saatı diqqət çəkib.
Ayşən Mustafa
Globalinfo.az














