Şimalda yenidən ara qarışır: Niqab hücumu ilə mesaj verildi

Şimalda yenidən ara qarışır: Niqab hücumu ilə mesaj verildi

Dağıstanda Xasavyurt-Tlox avtomobil yolunda niqablı şəxs polisə atəş açıb. Polis əməkdaşları sənədləri yoxlamaq üçün 41 yaşlı Əli Demilxanovun “VAZ 111730” markalı avtomobilini saxlayıb.

Dağıstanda bənzər hallar son zamanlar tez-tez yaşanır. Hətta bir müddət öncə ərazidə geniş toqquşmalar baş vermişdi. Rusiyanın yaxın vaxtlarda Dağıstanda niqabla bağlı qadağa tətbiq etməsinə dair iddialar səslənir.

Globalinfo.az-a danışan beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib ki, Dağıstan həmişə Rusiyanın həssas nöqtəsi olub.

Şimalda yenidən ara qarışır: Niqab hücumu ilə mesaj verildi

Əziz Əlibəyli

“Ərazidə dini radikalizm, separatçılığa meyl, terrorizm kimi risklər yüksəkdir. Ümumiyyətlə son 30 ildir Dağıstan başda olmaqla Şimali Qafqaz Respublikalarında terrorizm riski yüksəlib.

Rusiyaya təzyiq etmək istəyən qüvvələr bu region üzərindən vaxtaşırı nələrsə etmək istəyir. Yəni yaxın gələcəkdə ərazidə teraktların, həmçinin bənzər formada iğtişaşların yenidən olması mümkündür. Xüsusilə qeyd edim ki, bu gün dini baxımdan Səudiyyə Ərəbistanının bölgəyə təsiri çox böyükdür. Düzdür, rəsmi Riyad Kremlə qarşı hər hansısa bir plan qurmur, ancaq hakimiyyət dəyişəndən sonra nələrin olacağını zaman göstərəcək”.

Turan Rzayev
Globalinfo.az