9c717e8a 4b91 472b 95cf 12d511f4ea3f

“Shokki Mokki” və Vuvuzela Medianın birgə ərsəyə gətirdiyi “Kiçik addımlarla böyük uğurlar” layihəsinin ilkin görüşü Gəncədə keçirilib.

Globalinfo.az bildirir ki, “İdman maneə tanımır” şüarı ilə həyata keçirilən, uşaqların zehni və fiziki inkişafında mühüm rol oynayacaq “Kiçik addımlarla böyük uğurlar” layihəsində Bakıdan və bölgələrdən 1000-dən artıq uşağın iştirakı nəzərdə tutulub.

Eyni zamanda bura “Məktəbim” proqramı çəçivəsində fəaliyyət göstərən məktəbəqədər təhsil ocaqlarındakı uşaqlar da cəlb olunacaq.

“Shokki Mokki” brendinin marketinq müdiri Nəzrin Əliyevanin sözlərinə görə “Kiçik addımlarla böyük uğurlar” “Məktəbim” proqramı çərçivəsində həyata keçirilən ən böyük layihədir: “Bugün “Məktəbim proqramı çərçivəsində biz ən böyük yeni layihəmizi təqdim etdik. “Kiçik addımlarla böyük uğurlar”. Bu layihədə tərəfdaşımız Azərbaycanda və Azərbaycandan kənarda tanınan, bayrağımızı göylərdə ucaldan “Qarabağ” idman klubudur. Klubun futbolçuları, baş məşqçisi uşaqlarla görüşlər keçirdi, onları idmana həvəsləndirəcək məsləhətlər verdi”.

Layihənin fəxri səfiri, xalq artisti Tünzalə Ağayeva isə bu layihə üçün bəstələdiyi himndən danışdı: ““Körpələrimizlə fləşmob oynadıq, rəqs etdik, mahnı oxuduq. Hansı ki, bu mahnı “Məktəbim” proqramı çərçivəsində “Kiçik addımlarla, böyük uğurlar” layihəsinə həsr olunub”.

Qeyd edək ki, 1 iyunda Gəncə şəhərində start verilən layihənin növbəti görüşü Bakıda, son tədbiri isə 7 iyun tarixində Qubada keçiriləcək.

e4800a22 f054 4c56 9b9a 5f8cc687d8c0 ba79c2ef 287d 4755 ba58 808c9782824d 60838428 893c 435f aaed 71061080f48a 555b441a c91c 4127 83da 536d6949e953 121a1bf3 16e2 466f 8e70 a0b4a2db3c8f

Paylaş: