Sevinc Vaqifqızı və Ülvi Həsənli ilə bağlı qərar verildi

Məhkəmə “Abzas Media”nın direktoru Ülvi Həsənli barəsində qərar qəbul edib.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, Xətai Rayon Məhkəməsində bu gün keçirilən məhkəmə iclasında onun barəsində olan həbs qətimkan tədbiri üç ay müddətinə uzadılıb.

Qeyd edək ki, Ü.Həsənli ötən ilin noyabr ayında “Abzas Media” işi ilə əlaqədar saxlanılıb, daha sonra barəsində həbs qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə təqsirli bilinir.

X X X

“Abzas Media”nın baş redaktoru Sevinc Vaqifqızı barəsində olan həbs qətimkan tədbiri üç ay uzadılıb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Xətai Rayon Məhkəməsində keçirilən iclasda qərar qəbul edilib.

Qeyd edək ki, o, ötən ilin noyabr ayında “Abzas Media” işi ilə əlaqədar saxlanılıb, daha sonra barəsində həbs qətimkan tədbiri seçilib.

Sevinc Vaqifqızı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçalmalçılıq) maddəsi ilə təqsirli bilinir.