Qəbələdə 53 yaşlı qadın dəm qazından boğularaq ölüb.
Globalinfo.az Oxu.Az-a istinadən xəbər verir ki, Qəbələ şəhər sakini, 1972-ci il təvəllüdlü Xatirə Hacıbalayeva hamamda dəm qazından boğulub.
Qadın xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.














