Şərurlu çoban Şahbuzda minaya düşdü

Şərurlu çoban Şahbuzda minaya düşdü

Şərur rayonundan olan çoban Şahbuzda minaya düşüb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki,  Şahbuzun “Qanlıgöl” yaylağında Şərur rayonunun Mahmudkənd kəndinin sakini 2005-ci il təvəllüdlü Sultanov Bəxtiyar İslam oğlu minaya düşüb.

B.Sultanov xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.