“Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sərkisyan hazırkı Baş nazir Nikol Paşinyanın reytinqini artırırlar”.
Globalinfo.az xəbər verir ki, bunu İşıqlı Ermənistan Partiyasının sədri, xüsusi tapşırıqlar üzrə keçmiş səfir Edmon Marukyan deyib.
Marukyanın sözlərinə görə, hər iki eks-prezidentin Ermənistanda yeni müxalif qüvvənin yaranmasına mane olduğuna dair deyilənlər reallığı əks etdirmir:
“Onlar deyirlər ki, Paşinyanın Ermənistanın gələcəyi naminə vəzifədən getməsini istəyirlər. Biz isə artıq bəyan etmişik ki, əgər Sərkisyan və Köçəryan Paşinyanın hökumətdən uzaqlaşmasını həqiqətən arzulayırlarsa, onun reytinqinin artmasına kömək etməməlidirlər. Sosioloji sorğular göstərir ki, hər ikisinin adı siyahıya daxil olan kimi Paşinyanın reytinqi iki dəfə artır”.
Əliyar Xəlil
Globalinfo.az














