“Ermənistan hakimiyyətini öz qərarını dəyişməyə məcbur etmək lazımdır”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Serj Sərkisyan deyib.
“İndi 90-cı illərin əvvəlləri deyil ki, ov tüfəngləri ilə özünümüdafiə təşkil edək. Bu cür etmək olmaz. Tavuş sakinləri öz hakimiyyətlərinə etiraz etməlidirlər. Azərbaycanlıları nəyəsə başlamağa sövq etmək olmaz”, – Sərkisyan bildirib.
Ermənistanın sabiq prezidenti sakinlərin müharibə təhlükəsi ilə qorxudulmasına belə münasibət bildirib:
“Biz bir araya gəlməliyik və hakimiyyəti məcbur etməliyik ki, onlar öz qərarlarını dəyişsinlər”.
Əliyar Xəlil
Globalinfo.az














