Yəmən Husiləri rəsmi olaraq müharibəyə qoşulub.
Globalinfo.az xəbər verir ki, “Tasnim” agentliyi Husilərin bəyanatını yayıb.
Bildirilib ki, İsrail hədəfləri ballistik raketlərlə vurulub:
“İlk hərbi əməliyyatda bir neçə ballistik raket işğal olunmuş Fələstinin cənubunda düşmənin həssas hərbi obyektlərinə yönəldildi. Bu hücum İrandakı qardaşların və Livandakı “Hizbullah“ın qəhrəman əməliyyatları ilə eyni vaxtda keçirilib və Uca Allahın lütfü ilə məqsədlərinə nail olub.
Əməliyyatlarımız Silahlı Qüvvələrin məqsədlərinə çatana və bütün müqavimət cəbhələrində işğala son qoyulana qədər davam edəcək”, – bəyanatda qeyd edilib.
Safura Bənnayeva
Globalinfo.az