armen

Moskvada partlayış nəticəsində yaralanan Ukraynada Rusiya tərəfində döyüşən erməni batalyonu “Arbat”ın yaradıcısı Armen Sarkisyan ölüb.

Globalinfo.az xəbər verir ki, bu baradə Rusiya teleqram kanalları məlumat yayıb.

Bildirilib ki, ağır vəziyyətdə reanimasiyaya yerləşdirilən Sarkisyan həyatını itirib.

***12:47

Donetsk Xalq Respublikasının (DXR) Boks Federasiyasının rəhbəri Armen Sərkisyan Moskvada “Qırmızı yelkənlər” yaşayış kompleksində baş verən partlayış nəticəsində ağır xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Onun vəziyyətinin ağır olduğu bildirilir.

***12:16

Moskvada “Alıye Parusa” elit yaşayış kompleksində partlayış nəticəsində ölən şəxsin Ukraynada döyüşən “Arbat” (erməni batalyonu – red.) batalyonunun yaradıcısı, Donest Xalq Respublikasının (Ukraynanın Donetsk vilayəti-red) Boks Federasiyasının prezidenti Armen Naqapetoviş Sərkisyan olduğu ehtimal olunur.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə yerli teleqram kanalları məlumat yayıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Moskvanın şimal-qərbində yerləşən elit yaşayış kompleksinin foyesində əldə qayırma partlayıcı qurğu işə düşüb. Nəticədə bir nəfər ölüb, beş nəfər yaralanıb.

Paylaş: