Sərkisyan “köhnə simanı” Bakı ilə danışıqlara gətirmək istəyir

Sərkisyan “köhnə simanı” Bakı ilə danışıqlara gətirmək istəyir

Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın keçmiş XİN rəhbəri Vardan Oskanyana dəstək verməsi bu ölkədə narahatlıq doğurub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Aykakan Jamanak” nəşri yazıb.

Vurğulanıb ki, son çıxışlarında Sərkisyan V.Oskanyanın fikirlərini (danışıqlarda iştirak etmək) məntiqli və mümkün hesab edib.

Sözügedən nəşr isə hakimiyyətə yaxınlığı ilə tanınır. Odur ki, burada Paşinyan hökumətinin narahatlığı və qorxuları öz əksini tapıb. Nikol Paşinyanın heç bir halda danışıqlarda dəyişikliyə getmək istəməməsi, yalnız “düşünnə, dinmə” taktikasından istifadə etdiyi vurğulanır.

Xatırladaq ki, V.Oskanyan Azərbaycanla danışıqlarda erməni tərəfinin nümayəndəsi kimi iştirak edə biləcəyini açıqlamışdı.

Tahir Turan
Globalinfo.az