Bir neçə ay əvvəl barəsində davam edən cinayət işi üzrə bəraət alan keçmiş prezident Serj Sərkisyana qarşı yeni ittihamlar irəli sürülüb.
Globalinfo.az xəbər verir ki, Sərkisyan külli miqdarda vəsaiti mənimsəmədə, vəzifə səlahiyyətlərindən istifadə edərək yüksək miqdarda çirkli pulların yuyulmasında və müharibədə həlak olanların dəfn edildiyi “Yerablur” məzarlığının boş ərazilərini qeyri-qanuni yolla satmaqda günahlandırılır.
Sözügedən torpaqların Sərkisyanın sürücüsünün adı ilə özününküləşdirildiyi və satıldığına dair iddialar ciddi müzakirələrə səbəb olub. Ötən gün keçmiş prezidentin vəkili torpaqların kimə satıldığını açıqlamaqdan yayınıb. Lakin “Hraparak”ın əldə etdiyi məlumata görə, ərazi Çinin Ermənistandakı səfirliyinə satılıb.
Razılaşmanın 2005-ci ildə imzalandığı və hazırda mübahisəli ərazidə Çin səfirliyinin binasının yerləşdiyi bildirilir.
Nəşr yazır ki, ərazi mahiyyət etibarı ilə onların mülkiyyətidir. Bu məsələ isə Ermənistan-Çin münasibətlərinə mənfi təsir göstərə bilər.
Ayşən Mustafa
Globalinfo.az













