Ermənistanın 3-cü prezidenti, Xocalı qatili Serj Sərkisyan ölkəsində bəraət alıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Bildirilib ki, Sərkisyana prezidentliyi dövründə dövlət büdcəsindən təxminən yarım milyard dramın mənimsənilməsi ilə bağlı irəli sürülən ittihamlar rədd edilib.
Məhkəmə keçmiş prezidentə bəraət verib.
Sərkisyan məhkəmə prosesinin normal keçdiyini, qarşı tərəfin instansiya məhkəməsinə müraciət edəcəyini gözlədiyini deyib.
Ayşən Mustafa
Globalinfo.az














