Ermənistanın üçüncü prezidenti Serj Sərkisyanın qardaşı Saşik Sərkisyanın iki oğlu prokurorluğa çağırılıb.
Globalinfo.az xəbər verir ki, Narek və Hayk Sərkisyan qardaşları qanunsuz yolla əmlak əldə etməkdə ittiham olunurlar.
Onlara əmlakın müsadirə olunması və hər ikisinin prokurorluğa gedərək izahat vermələri barədə çağırış vərəqi göndərilib.
Qeyd edək ki, Sərkisyan ailəsi 2018-ci ildən sonra hüquq-mühafizə orqanlarının əməkdaşlarının hədəfində olub. Hayk və Narek Sərkisyanlara qarşı daha öncə cinayət işi başlanıb. Onlar bir müddət təcridxanalarda saxlanılıb, daha sonra azadlığa buraxılıblar.
Ayşən Mustafa
Globalinfo.az














