Ermənistanla sərhədin ən mübahisəli yeri belə olacaq – XƏRİTƏ

Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası prosesində iki hissəyə bölünən Kirants kəndində son durum xəritə üzərində əks edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Kirants sakini Qohar Vardanyan paylaşım edib.

O bildirib ki, aşağıdakı xəritədə Ermənistan-Azərbaycan sərhədi mavi rənglə qeyd olunub.

“Qırmızı rənglə işarələnmiş yol demarkasiyadan sonra Azərbaycana keçir.

Sarı rənglə isə Kirantsdan keçən yeni çəkilmiş yoldur”, – Q.Vardanyan bildirib.