Türkiyəli müğənni Serdar Ortaç mirasını kimə verəcəyini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, Harbiye konsertində jurnalistlərə açıqlama verən ifaçı ömrünə az müddət qaldığını deyib.
“Onsuz da övladım yoxdur”, – deyən sənətçi tənhalığını və səhhətinin ağırlığını vurğulayıb.
S.Ortaç İstanbul Boğazı mənzərəli 8 otaqlı, 750 kvadratmetrlik bir villası olduğunu əlavə edib:
“Mirasımı işçilərimə verdim. Bir evim var, bölüşsünlər”.
Qeyd edək ki, S. Ortaç MS xəstəliyindən (baş və onurğa beynində sinir hüceyrələrinin örtük qişasının zədələnməsi) əziyyət çəkir.
Leyla Əlisoy
Globalinfo.az














