
Moldovanın Rusiyayönümlü separatçı Dnestryanı bölgəsində yerləşən hərbi hissəyə kamikadze dronla hücum edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Bölgənin paytaxtı Tirapolda yerləşən hərbi hissələrdən birində parlayış nəticəsində yanğın meydana gəlib. Əraziyə baxış keçirilən zaman parlayışın naməlum pilotsuz uçuş aparatı vasitəsi ilə törədildiyi ortaya çıxıb.
Bölgənin Təhlükəsizlik Nazirliyi hadisə nəticəsində itkilərin olmadığını bildirib.
Qeyd edək ki, bir neçə ay öncə Rusiya mətbuatında Dnestryanı bölgəsində Ukraynanın müəyyən hərbi birləşmələri tərəfindən təxribat törədilməsinin planlandığına dair məlumatlar yayılmışdı.
Əliyar Xəlil
Globalinfo.az














