Şəmkirdə güclü yanğın: 400 kvadratmetrlik ev və maşın kül oldu – FOTO

Şəmkir rayonunun Yuxarı Seyfəli kəndində fərdi yaşayış evində baş vermiş yanğın söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildriilib ki, yanğın zamanı ümumi sahəsi 400 kvadratmetr olan birmərtəbəli, 5 otaqlı evin yanar konstruksiyaları və həyətyanı ərazidə dayanan “Mercedes” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

Şəmkirin Seyfəli kəndində fərdi yaşayış evində yanğın başlayıb.

Globalinfo.az xəbər verir ki, kənd sakininə məxsus sahəsi 400 kvadratmetr olan fərdi yaşayış evində anidən yanğın başlayıb.

Yanğının qarşısının alınması üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb edilib.

Yanğın zaman evin həyətində olan 1 ədəd “Mercedes” markalı minik avtomobili də yanıb.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.