Şəkidə həyat yoldaşını qətlə yetirən kişi saxlanıldı

Şəkidə həyat yoldaşını qətlə yetirən kişi saxlanıldı

Şəkidə 34 yaşlı qadını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Globalinfo.az bildirir ki, polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qadının əri, 1986-cı il təvəllüdlü Həmid Əliyevin yeri müəyyən edilərək saxlanılıb.

O, istintaqa təhvil verilib. Qətlin ailədaxili münaqişə zəminində baş verdiyi qeyd edilir.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.