Şəhidlər xiyabanında rüsvayçılıq edən əcnəbilərlə bağlı qərar – VİDEO

Şəhidlər xiyabanında rüsvayçılıq edən əcnəbilərlə bağlı qərar - VİDEO

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkərək həmin videogörüntünü sosial şəbəkələrdə paylaşan 3 nəfər əcnəbi barəsində həbs qətimkan tədbiri seçilib.

Globalinfo.az “Report”a istinadən bildirir ki, bu barədə qərar Səbail Rayon Məhkəməsində verilib.

Qərara əsasən, onlar 3 ay müddətə həbs olunublar.

Qeyd edək ki, araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.

Faktla bağlı cinayət məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə hər 3 şəxs saxlanılaraq istintaqa cəlb ediliblər.

Şəhidlər xiyabanında rüsvayçılıq edən əcnəbilərlə bağlı qərar - VİDEO Şəhidlər xiyabanında rüsvayçılıq edən əcnəbilərlə bağlı qərar - VİDEO

***12:11

Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərə cinayət işi başlanılıb.

DİN Mətbuat Xidmətindən Globalinfo.az-a bildirilib ki, araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.

Avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlər Xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb.

Araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.

Faktla bağlı cinayət məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə hər 3 şəxs saxlanılaraq istintaqa cəlb ediliblər.

Başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

***09:10

Bakıdakı Şəhidlər xiyabanında etik normalara zidd davranışlar sərgiləyərək onu sosial şəbəkələrdə yayan xarici ölkə vətəndaşları saxlanılıblar.

Globalinfo.az xəbər verir ki, bu barədə videogörüntülər yayımlanıb.

View this post on Instagram

A post shared by Oxu.Az (@oxuaz)