Erməni deputat Kremlin “qapılarında” qaldı – Qalmaqal

Erməni deputat Kremlin "qapılarında" qaldı - Qalmaqal

İrəvan Rusiyadakı səfiri Vaqarşak Arutyunyanı Ermənistan Parlamentinin deputatı Qurgen Arsenyanla əvəz etmək istəyir. 

Globalinfo.az xəbər verir ki, Arsenyan bununla bağlı məlumatı Ermənistan mediasına açıqlamasında təsdiqləyib.

Deputat Ermənistan hökumətinin ona Rusiyaya səfir təyin edilməsini təklif etdiyini bildirib. Arsenyan bu təklifi qəbul etdiyini, namizədliyinin təsdiqlənməsi üçün sənədlərinin Moskvaya göndərildiyini deyib.

Onun namizədliyinin Kreml tərəfindən qəbul edilmədiyi bildirilir.

Qeyd edək ki, bir müddət öncə Kremlin Vaqarşak Arutyunyanın işindən narazı olduğu və onun ölkəsinə geri çağırılması üçün lazımi addımlar atdığına dair iddialar yayılmışdı.

Ayşən Mustafa
Globalinfo.az